Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kiyevdə ATƏT-in Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç ilə görüşüb.
Görüşdə Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında əməkdaşlığın və parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub.
Görüşdə 2014-cü ilin iyun ayında ATƏT Parlament Assambleyasının illik sessiyasının Bakıda keçirilməsi və bundan irəli gələn məsələlər müzakirə edilib.