Azərbaycan millisi Albaniya ilə yoxlama matçı keçirəcək

XALQ.AZ Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının daha bir rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesində 3 yoldaşlıq oyunu keçirəcək Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Albaniya ilə də qarşılaşacaq.

 

Yığmamız bu ölkənin U-21 komandası ilə 2 dəfə üz-üzə gələcək. Bu matçlar yanvarın 21-də və 26-da baş tutacaq.

 

Yanvarın 23-də Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma ilə görüşün keçiriləcəyi isə öncədən bəlli idi.

 

Artıq hər üç oyunun başlama vaxtı da dəqiqləşib. Qarşılaşmaların hamısı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Həbib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.