Azərbaycan öz nüfuzunu bir daha sübut etdi

ulviyye876

Dünya COVİD19 virusunun qarşısında aciz qaldı, lakin Azərbaycan ən çox virusa yoluxan ölkələrin siyahısında yoxdur və olmayacaq”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, Əməkdar Rəssam Ülviyyə Həmzəyeva deyib.


Onun sözlərinə görə, ölkə Rəhbərinin təşəbbüsü ilə Qoşulmama hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün keçirməsi və Zirvə görüşünün mövzusu dünya üçün aktual koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunması, dünyanın Azərbaycanın virusdan qorunma modelinə qarşı beynəlxalq aləmdə də böyük maraq olduğunu göstərdi. Azərbaycan öz nüfuzunu bir daha sübut etdi!


O bildirib ki, Azərbaycan koronavirusa qarşı mübarizədə və bununla yanaşı digər ölkələrə göstərdiyi dəstəyi ilə də dünyaya nümunə olmuşdur:


“Belə ki, Azərbaycan COVİD-19 virusuna qarşı beynəlxalq səviyyədə mübarizə aparmaq üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar vəsait köçürmüş, daxildə iqtisadi sabitliyi təmin etmək üçün və məşğulluqla bağlı problemləri həll edərək, makroiqtisadi və maliyyə sabitliyini də təmin etmişdir.


Tətbiq olunan karantin rejiminin vətəndaşlarımızın işində problemlər yaratdığı üçün, Dövlətimiz tərəfindən nəzərə alındı. Belə ki, qeyri-formal sahədə işləyənlər də unudulmadı və 600 min nəfərdən çox aztəminatlı insanlara, həmçinin sahibkarlara maddi dəstək verildi. Hazırda karantin rejiminin tədbirlər çərçiısində, yenidən 190 manatlıq birdəfəlik ödəmənin avqust ayında da verilməsi barədə qərar qəbul edilib.


Hazırda ölkəmizdə virusa yoluxanların sayı sürətlə azalır və sağalanların sayı getdikcə artmaqdadır. Bunu isə, son günlərin statistikası təsdiqləyir. Təbii ki, bu proses öz özünə və təsadüfən yaranmayıb, bu Dövlətimizin vətəndaşına qarşı böyük diqqət və qayğısı sayəsində, həyata keçirilən qətiyyətli addımlardan irəli gəlmişdir”.


Millət vəkili qeyd edib ki, dövlətimizin həyata keçirdiyi tədbirlərə qarşı vətəndaşlarımız tərəfindən də çox yüksək qiymət verilmişdir:


“Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində bir çox məhdudiyyətlərin yumşaldılmasına dair qərar qəbul olunmuşdur. Lakin əhalini daha ehtiyatlı davranmağa çağırır, ölkəmizdə bu infeksiyaya yoluxma halları hələ də davam etdiyi üçün diqqətli olmağa çağırıram! Sosial davranış qaydalarına yenə də əməl edək! Sosial məsafəni qorumaqla, şəxsi gigiyena və tibbi-profilaktik qaydalara əməl etməklə, İctimai yerlərdə, nəqliyyatlarda və digər sıxlıq müşahidə olunan yerlərdə özümüzü qorumuş olatıq. İçtimai nəzərəti gücləndirməli və qanuna zid hərəkətlər cəzasına çatmalı, qınaq oyektinə çevrilməlidir. Çünki, koronavirus ölkəmizi bürüyən gündən həyata keçirilən qabaqlayıcı addımlar bu virusun geniş yayılmasının qarşısını aldı. Dövlət Başçımızın rəhbərliyi altında pandemiya şəraitinə uyğun olaraq yeni işlək strukturların yaradılması və bir sıra dövlət qurumlarının fəaliyyətinin yenidən qurulması, onların əlaqəli və operativ işlərinin təşkili, qısa müddət ərzində modul tipli xəstəxanaların fəaliyyəti təmin edilməsi, əksər səhiyyə ocaqlarının yenidən qurulması koronavirusla mübarizəni daha da gücləndirdi. Bu gün, hər bir soydaşımız bu gərgin fəaliyyətin nəticəsini gündəlik həyatında görür və hiss edir. Buna görə də, Dövlətimizin bu əməyi önündə, biz diqqətli olmalı və pandemik dalğaların qarşısını almaq istiqamətində fəal olmalıyıq. Koronavirus pandemiyası, bundan sonra da Dövlətimiz tərəfindən nəzarət altında saxlanılacaq”.