Azərbaycan qlobal rəqabət reytinqində irəlilədi

Azərbaycan Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlıq reytinqində 11 pillə irəliləyərək 58-ci yerdə qərarlaşıb.


XALQ.AZ xəbər verir ki, ölkəniz hazırda 62,7 bala sahibdir.
İlk sıralarda Sinqapur, ABŞ, Honkonq, Niderland və İsveçrə qərarlaşıb. Ermənistan 61,3 balla 60-cu, Gürcüstan 60,6 balla 70-ci yerdədir.