Azərbaycan yığması Ukrayna və İsraillə oynayacaq

17 yaşadək futbolçulardan Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək.

XALQ.AZ xəbər verir ki, millimiz Ukraynanın paytaxtı Kiyevdə Viktor Bannikov xatirəsinə həsr olunan yarışa qatılacaq.

Komandamız avqustun 24-dən 31-dək keçiriləcək turnirdə Ukrayna, Latviya və İsrail komandaları birgə A qrupunda mübarizə aparacaq. Yığmamız hazırlıq məqsədilə avqustun 20-dən 24-dək Bakıda təlim-məşq toplanışında olacaq.

26 avqust, saat 17:00
Azərbaycan – İsrail

27 avqust, saat: 17:00
Ukrayna – Azərbaycan

29 avqust, saat 17:00
Latviya – Azərbaycan

30 avqust, saat 15:00 və ya 17:00
A1-B1 / A2-B2 / A3-B3 / A4-B4