“Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı artacaq”

“Azərbaycan və Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq ən yüksək səviyyədədir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf etməkdədir”.

XALQ.AZ xəbər verir ki, bunu Heftelik.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, YAP-çı deputat Dilarə Cəbrayılova deyib.

Deputat hesab edir ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin yüksələn xətlə inkişafı ölkələrimiz arasında viza sahəsindəki əməkdaşlıqda yeni səhifənin açılmasına, hər iki ölkə vətəndaşlarının sərbəst gediş-gəlişinin təmin edilməsinin asanlaşdırılmasına şərait yaradıb: “1 sentyabr 2019-u il tarixindən etibarən Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi ləğv edilir. Həmçinin Türkiyə Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan vətəndaşları viza tələbindən azad edilib”.

D. Cəbrayılova qeyd edib ki, Azərbaycanın turizm potensialı artdıqca ölkəmizə səfər edən xarici ölkə vətəndaşlarının sayı da artır: “Hesab edirəm ki, viza rejiminin ləğvi Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayının artmasına müsbət təsir edəcək. Eyni zamanda, qardaş ölkənin vətəndaşlarının ölkəmizə rahat gəliş-gedişi turizmin inkişafına da əhəmiyyətli dərəcədə təsir göstərəcək. Digər tərəfdən, onların tez-tez və kütləvi halda gəlməsi üçün şərait yaradacaq. Hesab edirəm ki, sənab Prezidentin sərəncamı qarşılıqlı əlaqələrin daha da inkişafına, iki dövlət arasında münasibətlərin möhkəmlənməsinə təkandır”.

 

 

Orxan

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/