Azərbaycanda bu məktəblər bağlanır

Gələn ildən axşam növbəsi tədrislə məşğul olan məktəblər fəaliyyətini dayandıracaq. XALQ.AZ-ın məlumatına görə, bunu Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev “Məktəbəhazırlıq; Eksternat imtahanların keçirilməsi” mövzusunda təqdimatla çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda Bakı şəhərində yeddi məktəbdə axşam növbəsində dərs keçilir:

“Bir ildən sonra bu məktəblər fəaliyyətini dayandıracaq. Bu məktəblərin ləğv edilmə səbəbi icbari təhsilin doqquz illik olması ilə bağlıdır. Əvvəl icbari təhsil 11 illik idi. Ona görə də doqquzuncu sinifdən sonra təhsilini dayandıran şəxslər attestat almaq üçün təhsili tam mənimsəməli idi.

Axşam məktəblərində isə iki illik dərs üç ilə keçilirdi. İki il əvvəl axşam məktəblərində təhsil alan şagirdlərin sayı 700-ə yaxın olub və artıq onuncu sinifdən sonrakı müddətdə axşam məktəbinə müraciət olmadığı üçün gələn ildən bu məktəblər fəaliyyətini dayandıracaq”.

Nazirlik rəsmisi qeyd edib ki, axşam məktəblərində 18-dən yaşdan yuxarı, 40 yaşa qədər insanlar təhsil alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.