Azərbaycanda görünməmiş hadisə: 64 yaşlı qadın əkiz uşaqlar dünyaya gətirdi – VİDEO

usaq

Bu gün Azərbaycanda bir ilk yaşanıb. Şəhər xəstəxanalarının birində 64 yaşlı azərbaycanlı qadın dünyaya əkiz uşaqlar gətirib. 

XALQ.AZ xəbər verir ki, Musavat.com-un reportyor qrupu süni mayalanma ilə hamilə qalan və hamiləlikboyu dərman qəbul etməyən qadının 
əməliyyat anını lentə alıb. 

Daha sonra adının açıqlanmasını istəməyən ananın həkimi, ginekoloq Cəlaləddin Örnek əməliyyat prosesindən və ana və körpələrin səhhətindən danışıb: “Çox xoşbəxtik,növbəti dəfə bir qadına analıq sevincini yaşatdıq. Pasientimiz bizə yaxınlaşanda ana olmağı çox istədiyini dedi. Öncə ana olmaq istəməyib, illər sonra isə ana olmağa hazır olduğunu düşünsə də, qismət olmayıb. Müəyyən müalicə prosesi keçdikdən sonra süni mayalanma etdik. Qadın ilk dəfədir ki, süni mayalanma prosesi keçirdi. Orqanizmi çox sağlam idi, 25 yaşlı qadının belə orqanizmi olur. Hamiləlikboyu dəmir preparatı içdi. Əlavə heç bir dərmandan istifadə edilmədi. Çox sağlam şəkildə qidalanırdı. Bu gün əməliyyat da uğurlu keçdi. Bir qız və bir oğlan övladı dünyaya gəldi. Onların da sağlamlıq durumu yerindədir”. 

Əməliyyatda iştirak edən digər ginekoloq Elnurə Mustafayeva isə xanımlara səslənib. O, bildirib ki, qadınlar ana olmaq üçün gecikməsin: “Əməliyyat çox yaxşı keçdi. Həyəcanlı idik. Çünki bir ilkə imza atırdıq. Dünyada 6 və ya 7 qadın var ki, 64 yaşından sonra uşaq dünyaya gətirib. Bəzi qadınlar düşünür ki, menepoza girdikdən sonra övlad sahibi ola bilməyəcəklər. Amma süni mayalanma yolu ilə onların ana olması mümkündür. Bizim ən yaşlı pasientimiz 51 yaşlı qadın olub.  Amma bu gün 64 yaşlı qadını xəyallarına qovuşdurduq. Sizin vasitənizlə qadınlara səslənirəm. Ana olmaq üçün illərlə gözləməsinlər, orqanizm hər yaşda öz sözünü deyir, ona görə də vaxtında ana olsunlar”. 

752d2c9e157174949153975238910076663
1684115915717494917056978141088686

4493f535157174949137034253211056493

Orxan