Azərbaycanda iki kanalın yayımı dayandırılır — RƏSMİ

pult

Milli Televiziya və Radio Şurasının videoformatda iclası keçirilib.

MTRŞ-dan XALQ.AZ-a bildirilib ki, iclasda 1-10 avqust 2020-ci ildə ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

4 avqust 2020-ci ildə “Lider” televiziya kanalının efirində saat 20.00 – 21.00 arası müddətdə 17 dəqiqə 25 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.