Azərbaycanda karantin rejimi ləğv ediləcək? – VİDEO

Artıq altı aydır ki, istəsək də, istəməsək də, koronavirusla birgə yaşamağa məcbur qalmışıq. Bir sıra dünya ölkələri sərt karantin rejimindən çıxıb və pandemiya ilə əlaqədar qoyulan bir sıra məhdudiyyətlər ləğv edilib.

Azərbaycanda da karantin rejimi xeyli yumşaldılıb, amma bir çox məhdudiyyətlər avqustun 31-dək qüvvədədir. İndi çoxlarını düşündürən odur ki, sentyabrın 1-dən qadağalar aradan qaldırılacaqmı?

Millət vəkili Aydın Mirzəzadə Baku TV-yə müsahibəsində bildirib ki, məqsəd karantin rejimini sərtləşdirmək və ya yumşaltmaq deyil. Əsas məqsəd koronavirus adlı bəlanı həyatımızdan silməkdir.

Vətəndaşlar da artıq rejiminin yumşaldılmasının vacib olduğunu bildirirlər.

Ətraflı süjeti təqdim edirik:

XALQ.AZ