Azərbaycanda qeyri-adi meyvə yetişdirilib – Foto

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının seleksiya bağında iri həcmli sitrus meyvəsi – pomelo yetişdirilir.

XALQ.AZ xəbər verir ki, vətəni Cənub-Şərqi Asiya olan, ölkəmizdə isə yalnız cənub bölgəsində yetişdirilən pomelo sitrus meyvəsinin çəkisi 2 kiloqrama çatır.

Digər sitrus meyvələri kimi, suya təlabatlı olan pomelonun tərkibi vitamin və minerallarla zəngindir.

 

Orxan