Azərbaycanda yeni qanun qəbul edilə bilər

Azərbaycanda “Standartlaşdırma haqqında” yeni qanun qəbul edilə bilər.

XALQ.AZ -ın məlumatına görə, yeni qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

Yeni qanun 6 bölmə və 27 maddədən ibarət olacaq. Qanun standartlaşdırmanın məqsəd və prinsiplərini, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqini, bu sahədə fəaliyyətin maliyyələşdirilməsi mənbələri və digər məsələləri müəyyən edir.

RƏSUL