Azərbaycanda yüksək vəzifəli məmur koronavirusdan vəfat etdi

vezife

Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirusdan dünyasını dəyişib.

XALQ.AZ-ın məlumatına görə, Q. Abbasov bir həftəyə yaxındır ki, koronavirusa yoluxubmuş.

Davam edən müalicə prosedurlarından sonra rəis bu gün səhər saatlarında vəfat edib.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı saytımıza təsdiqləyib. Bildirib ki, Q. Abbasovun yaşı 65-də çox olduğu üçün Nazirlər Kabinetinin qərarına uyğun olaraq məzuniyyətdə imiş.Qafqazinfo