Azərbaycanın 50 ölkədə 556 diaspor təşkilatı var

Diaspor təşkilatları arasında birliyin təmin edilməsi, soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətinə nail olunması məqsədilə Almaniya, Fransa, İsveçrə, İsveç, Hollandiya, Skandinaviya və Amerika Birləşmiş Ştatlarında Azərbaycanlıların Koordinasiya Şuraları təsis edilib.

XALQ.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu ölkələrdə Azərbaycanın diaspor fəaliyyətinin səmərəliliyinin artırılması və tədricən güclü lobbiçilik ənənələrinə keçid istiqamətlərinin müəyyənləşdirilməsi üçün Komitə rəsmilərinin həmin ölkələrdə tarixi əhəmiyyət kəsb edən bir sıra görüşləri keçirilib.

Komitə sədri bildirib ki, bu gün dünyanın təqribən 50 ölkəsində 556 diaspor təşkilatı mövcuddur: “Ümumiyyətlə isə son 8 ayda Dövlət Komitəsinin nümayəndə heyəti 11 ölkədə diasporumuz ilə görüşlər keçirib, onların vəziyyəti ilə yerindəcə tanış olunub və fikir mübadiləsi aparılıb”.

 

Orxan