Azərbaycanın axtarışa verdiyi separatçı həbs edildi

Azərbaycan dövlətinin axtarışa verdiyi separatçı Fəxrəddin Abbasov Rusiyada həbs edilib.

 

XALQ.AZ xəbər verir ki, Fərxəddin Abbasov Rusiyada yaşayırdı və dəfələrlə Azərbaycana qarşı separatçı çıxışlar edib. Bununla yanaşı o, bir neçə dəfə Ermənistana səfər edib və işğalçı erməni rejimini müdafiə edib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxıb.

1956-cı ildə Lerik rayonunda anadan olan Abbasov 1993-cü ildən separatçılıq fəaliyyəti ilə məşğul olub və 1994-cü ildə Azərbaycandan qaçaraq Rusiyada yaşamağa başlayıb.

2018-ci ilin 6 sentyabr tarixində isə Moskvanın Lüberets rayonunda həbs edilib. 7 sentyabrda isə Lüberets Şəhər Məhkəməsi Fəxrəddin Abbasovun Azərbaycan Respublikasına təhvil verilməsi üçün barəsində bir aylıq həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Aboszoda 2010-cu ildə Rusiyada müvəqqəti sığınacaq almaq üçün müraciət edib. Onun müraciəti qəbul edilib. 2014-cü ildə isə xarici vətəndaş kimi yaşama hüququ əldə edib. Eyni ildə vətəndaşlıq almaq istəsə də, bu günə qədər vətəndaşlıq ala bilməyib.

 

Azərbaycanın axtarışa verdiyi separatçı həbs edildi

 

Orxan