Azərbaycanın Yunanıstandakı səfiri Bakıya çağrıldı

xarici isler nazirliyi xin

“Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində Azərbaycan Respublikasına qarşı başlatdığı yeni təcavüz aktı çərçivəsində xarici ölkələrdən, o cümlədən Yunanıstandan erməni əsilli vətəndaşların döyüşlərdə iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar tərəfimizdən Yunanıstan XİN-in diqqətinə çatdırılıb. Bu xüsusda qarşı tərəfə müvafiq araşdırmaların aparılaraq məlumatın verilməsi üçün müraciət edilib”.

Bu barədə XALQ.AZ-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bunun ardınca, Yunanıstan tərəfinin öz səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarı ilə əlaqədar, Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfiri də məsləhətləşmələr üçün Bakıya çağırılıb.

Qeyd edək ki, Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynovdur.