Azərbaycanlı biznesmenin milyonları oğurlandı

Azərbaycandan olan biznesmen Rusiyanın Sankt-Peterburq şəhərində, Petrovsk sahilboyunda yerləşən yapon restoranında öz həmyerlisi ilə yemək yeyəndən sonra pulunun və qiymətli əşyalarının oğurlandığını bilib.
XALQ.AZ xəbər verir ki, biznesmen Petroqrad rayon polis idarəsinə oğurluq faktı ilə bağlı şikayət verib.
Adı açıqlanmayan 59 yaşlı biznesmenin sözlərinə görə iyunun 23-də səhər saat 4 radələrində restorandan çıxıb və bu zaman bahalı qaşlarla bəzədilmiş qızıl üzüyünün, smartfonunun və pullarının yoxa çıxdığını görüb. O, dəyən ziyanı 2.5 milyon rubl həcmində qiymətləndirib. Həmin şəxsin kommersiya firmalarından birinin direktorlar şurasının üzvü olduğu bildirilir.
Biznesmen ifadəsində göstərib ki, pulunun və qiymətli əşyalarının yoxa çıxmasından əvvəl o, az tanıdığı həmyerlisi ilə restoranda spirtli içki içib, suşi yeyib.
Şübhəlini götürdüyü telefonun sayəsində tezliklə yaxalamaq mümkün olub. Məlum olub ki, o heç yerdə işləməyən 40 yaşlı Azərbaycan vətəndaşıdır. Onu Ermitaj rayonunda iyunun 25-nə keçən gecə yaxalayıblar, barəsində cinayət işi qaldırıblar.

Yeganə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.