Azərbaycanlı icra başçısı həbs olundu

Dağıstan Respublikasının Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qərarı çıxarılıb. XALQ.AZ apa.az-a xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb. İstintaqın məlumatına görə, 2015-ci ildə M. Cəlilov vəzifə səlahiyyətlərini aşaraq iki yerli sakinə hər biri bir hektar olmaqla həyatyanı sahənin verilməsi haqqında qanunsuz qərar çıxarıb. Bununla da o, Dərbənd bələdiyyəsinə 2’2 milyon rubl ziyan vurmuş olub. Qeyd edək ki, Dağıstan Rusiyanın ən kasıb regionlarından biridir. Hazırda Dağıstanda Moskvadan olan güc strukturlarından ibarət komissiya fəaliyyət göstərir. Bundan əvvəl regionda korrupsiya cinayətləri ilə əlaqədar hökumətin yüksək vəzifəli şəxsləri, baş nazir, onun iki müavini və təhsil naziri, eləcə də Mahaçqala meri və baş memarı həbs olunublar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.