Azərbaycanlı iki bacı İsveçdə millət vəkili seçildilər

Dünən İsveçdə baş tutan parlament seçkilərində Aylin Fazelian “Sosial-demokrat “partiyasından İsveç parlamentinə, bacısı Ayda Kərimli isə “Mərkəz” partiyasından əyalət millət vəkili seçiliblər.

 

XALQ.AZ xəbər verir ki, bu barədə məlumatı  diaspor üzrə araşdırmaçı-jurnaslist Elnur Eltürk verib.

26 yaşlı siyasətçi Aylin 14 yaşından “Sosial-Demokrat Partiyası”nın fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyada qadınlar üzrə beynəlxalq təmsilçidir. Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub.

 

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.