Azərbaycanlı model fenomenə çevrildi-Foto

Ukraynada yaşayan 24 yaşlı azərbaycanlı fitnes modeli əzələlərinə görə “Xanım dəmir əzələ” kimi tanınır.

 

XALQ.AZ xəbər verir ki, bundan başqa Bahar Nəbiyeva “yadplanetli” və “şeytan” ləqəbləri ilə də tanınır.

24 yaşlı Bahar bildirir ki, məktəbdə lağa qoyulduqdan sonra idmanla məşğul olmağa başlayıb:

“Çox arıq idim. İnsanların mənə baxmağından bezdim və bu vəziyyəti dəyişmək istədim. İdman zalına getdim. Əvvəllər fitneslə bağlı heç bir fikrim yox idi. Amma vaxt keçdikcə güzgüyə baxdım və əzələlərimin inkişaf etdiyini gördüm. Artıq məni heç nə dayandıra bilməzdi”.

Baharın sosial şəbəkədə 2 milyon izləyicisi var. Azərbaycanlı model hamının ondan pəhriz barədə soruşduğunu deyir:

“Hamı soruşur. Böyük sir deyil, amma cavabı yoxdur. Pəhriz etmirəm. Sürətli metabolizman varsa, hər yeməkdən dada bilərsən”.

 

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.