Azərbaycanlı müğənni Moskvada həbs olundu

Moskvada azərbaycanlı müğənni Rizvan Əliyev həbs olunub.
XALQ.AZ xəbər verir ki, polis tərəfindən saxlanılan müğənni ev yandırmaqda və soyğunçuluqda ittiham olunur.
İş üzrə zərərçəkən kimi isə Rizvan Əliyevin masajçısı Mart Avilov tanınıb. O sosial şəbəkələrdə azərbaycanlı müğənninin ünvanına təhqirlər yağdırıb.
Masajçı polisə ifadə verib. O ifadəsində mayın 25-də çağırışa getdiyini, lakin çağırışın yalan olduğunu və evə dönərkən yanğınla qarşılaşdığını söyləyib. Masajçı evindən içərisində qızıl-ziynət əşyalarının olduğu seyfin də oğurlandığını qeyd edib.
Şübhəli qismində müğənni Rizvan Əliyev saxlanılıb. Məlumata görə, müğənni törətdiyi əməli etiraf edib. R. Əliyev oğurladığı seyfi meşədə gizlədib. Müğənni barəsində ev dustaqlığı qərarı verilib.

Yeganə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.