Azərbaycanlı qızlardan daha bir biyabırçılıq-Video

Azərbaycanda sosial şəbəkələrdə qızlar arasında yayılan daha bir trend ictimai qınağa səbəb olub.

XALQ.AZ xəbər verir ki, qızlar “Kazbekə şey basım, zıranım” mahnısndan sonra “Ley-pey bomba kayfda” altında video çəkib “Tik-tok” şəbəkəsində paylaşırlar.

Musiqili meyxanada narkotikdən istifadə açıq təbliğ edilir.

Yeni trend sosial şəbəkə istifadəçiləri tərəfindən birmənəlı qarşılanmayıb. İnsanlar belə videoların Azərbaycan xanımına yaraşmadığını qeyd edirlər.

Azərbaycan mentalitetində qadınlara böyük hörmət, dəyər verildiyini bildirən istifadəçilər belə hərəkətlərlə Azərbaycan qadını adının ucuzlaşdırılmasını vurğulayırlar.

İstifadəçilər belə gənclərin digərlərinə pis nümunə olduğunu qeyd edərək, bunu qəbuledilməz olduğunu bildirirlər.

Narkotikdən istifadənin açıq təbliğinə həsr edilən meyxana Ilkin Cerkezoglu tərəfindən oxunub.

Xatırladaq ki, “Kazbek” meyxanasını oxumaqla tanınan “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev inzibati qaydada cəzalandırılıb.

Polis tərəfindən saxlanıldıqdan sonra onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamurkanal” papirosuna doldurulub və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib.

Müəyyən olunub ki, V.Abdullayev narkotik istifadəçisidir. İlkin dindirmə zamanı o həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib

 

Orxan


Comments are closed.