Azərbaycanlı xanəndə qəfildən öldü — FOTO

yas cadiri

Ukraynada yaşayan azərbaycanlı xanəndə dünyasını dəyişib.

XALQ.AZ xəbər verir ki, bu barədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev bildirib. Diaspor nümayəndəki qeyd edib ki, xanəndə Elbrus Məmmədov qəfildən keçinib:

“Ukrayna azərbaycanlılarının sevimlisi, gözəl insan, gözəl xanəndə Elbrus Məmmədov gözlənilmədən dünyasını dəyişdi. Çox təəssüf. Nə qədər həyatda varıq, həmişə qəlbimizdə yaşayacaqsan, gözəl insan. Allah rəhmət eləsin”. 

1600068429 1600066502 119453571 376351313755860 1215469112540846605 n

XALQ.AZ