Prezident Baba Rzayevi “Azərenerji”nin sədri təyin etdi

Prezident İlham Əliyev “Azərenerji”yə yeni rəhbərin təyin olunması haqda sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, sərəncama görə, Balababa Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

Qeyd edək ki, B. Rzayev  bu günə qədər “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri olub. Prezidentin digər sərəncamı ilə o “Azərişıq” sədri vəzifəsindən azad edilib.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.