“Azərsu” rəhbərinin qızıl suyuna çəkilmiş villası – FOTOLAR

1597048646 untitled 1

Prezident İlham Əliyev son videomüşavirədə iri vergi ödəyicisi olan böyük şirkətlərin fəaliyyətini sərt tənqid edəndən sonra, həmin müəsissələrin rəhbərlərinin gözqamaşdıran səltənəti ilə bağlı sosial mediada çeşidli informasiyalar paylaşılır.

XALQ.AZ xəbər verir ki, belə paylaşımlardan birini də jurnalist Samir Feyruzov edib.

Sözügedən paylaşımda jurnalist “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovun villalarından birinin fotolarını paylaşıb: “Hər kəs soruşur ki, dövlət büdcəsi necə talanıb, hanı dövlətin pulları? “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun Nərimanovda yerləşən villalarından birinin iç görüntüləri…

Villanın divarları qızıl suyuna çəkilib, Əfqanıstandan xüsusi mərmər gətirilib, Braziliyadan gətirilən müxtəlif materiallardan istifadə olunub.

Bu adamın dövlətdən müxtəlif yollarla nə qədər pul oğurladığını bilmək üçün təkcə qaynı Namiq Cəbrayılovun rəhbəri olduğu “Hidro-İnşaat Servis” MMC-nin fəaliyyətini araşdırmaq bəs edir.

Q.Hüseynov ən bahalı, milyonluq tenderləri qaynı N.Cəbrayılova verib”.


1597048642 busaat3dd1fed969c301fac95ede97eadc4874gz92q7i0ys8fh6ew3ap1

1597048642 busaata18eb437a09a9d9134d26622edfbacfecgl2e6b40ivayqjfwks7

1597048640 busaate3fbb8ad412ea81c1610f04ba7a51dc1zp6l8wfjoks9qm2eanvr

XALQ.AZ