“Azəralüminium”da texniki auditi keçirilib

“Azəralüminium” MMC-nin dəvəti ilə alüminium xəlitələri avadanlıqlarının istehsalı sahəsində dünyanın aparıcı müəssisələrindən biri olan Almaniyanın “AXHENBACH BUSCHHÜTTEN” şirkətinin mütəxəssisləri tərəfindən Gəncə Alüminium Kompleksində 2013-cü ildə istifadəyə verilmiş Çin Xalq Respublikasının “CNPT” şirkətinin istehsalı olan fasiləsiz tökmə və soyuq yayma xəttlərinin texniki auditi keçirilmişdir.XALQ.AZ məlumat verir ki, audit zamanı qarşıya qoyulan texniki tapşırığın əsasını – əsas istehsalatda istismar olunan texnoloji avadanlıqların real istehsal güclərinin qiymətləndirilməsi, alüminium təbəqələrinin qalınlığının dəqiqliyi, müstəviliyi və keyfiyyət göstəriciləri, yayma sürəti, məhsuldarlığı və digər istehsalat göstəricilərinin yaxşılaşdırılması imkanlarının araşdırılması təşkil etmişdir.

İstehsal avadanlıqlarının və texnoloji proseslərin auditinin nəticəsi olaraq, dəvət olunmuş mütəxəssislər tərəfindən yeni istehsal və keyfiyyət göstəricilərinə nail olunması istiqamətində təkliflər təqdim edilmişdir.

“Azəralüminium” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsidir.