Azərbaycan əhalisinin gəlirləri artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 32 218,8 mln. manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.

Son ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,7% artaraq 259,7 manata çatıb.