Azərbaycan əhalisinin sayı açıqlandı

XALQ.AZ xəbər verir ki, Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.
Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 76493 nəfər artaraq 2018-ci il dekabr ayının 1-də 9974578 nəfərə çatıb.
Ölkədə bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Ümumi əhalinin 52,9 faizi şəhərdə, 47,1 faizi kəndlərdə yaşayır. Əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Orxan