İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında Azərbaycan yığması daha bir medal qazanıb.
Atlet Nazim Babayev 3 təkanla tullanma yarışında çempion tituluna yiyələnib.
O, 16,89 m nəticə ilə bütün rəqiblərini qabaqlayaraq, ikinci dəfə Universiadanın qızıl medalına sahib olub.
Bununla da Azərbaycan yığmasının hesabındakı mükafat 4-ə çatıb. N. Babayevdən öncə idman gimnastı Marina Nekrasova qızıl, cüdoçuların fərdi mübarizəsində Hidayət Heydərov (73 kq) gümüş, komanda yarışında isə milli bürünc mükafat qazanıb.
Orxan