Azərbaycan Avropa Oyunlarını 28 medalla tamamladı

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları başa çatıb.

XALQ.AZ  xəbər verir ki,  sonuncu medallar karateçilərin mübarizəsində sahibini tapıb.

75 kq çəki dərəcəsində final döyüşü ilə Avropa Oyunlarına da yekun vurulub. Həlledici qarşılaşmada Azərbaycan millisinin üzvü Rafael Ağayev tatami üzərinə çıxıb. O, ukraynalı Stanislav Horuna ilə üz-üzə gəlib.

Beşqat dünya, 11 qat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi olan idmançımız 0:4 hesabı ilə məğlub olub. Bununla da karateçimiz yarışları gümüş mükafatla başa vurub.

Qeyd edək ki, Azərbaycan yığması Avropa Oyunlarında 28-ci medalını əldə edib. İdmançılarımızın hesabında beş qızıl, 10 gümüş, 13 bürünc mükafat var.

 

Orxan