“Azərbaycan bu mübarizdə əlindən gələni edir”

“Hər şeydən öncə Türk Şurasının fövqəladə Zirvə görüşünün Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilməsi önəmli faktordur, çünki məhz, Azərbaycan çoğrafi məkanda Türkiyə ilə Mərkəzi Asiyanı birləşdirən ölkədir”. 

Bu barədə açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Arpadarai deyib ki, cənab Prezident çıxışında 2 mövzuya xüsusi diqqət etdi. Onun sözlərinə görə, Prezident koronavirusla mübarizə və indiki məqamda tranzit və ticarət daşımaları ilə bağlı mühüm məqamalara toxundu: 

“Burada xüsusilə qeyd etmək lazımdır ki, bu istiqamətdə Azərbaycanın rolu çox böyükdür. Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi çıxış edir və tranzit yüklərin daşınmasını təmin edir. Pandemiyanın mənfi təsirinə baxmayaraq Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir. Türkdilli ölkələrdən daşınan yüklərin həcmi artır və bu məsələdə Azərbaycan fasiləsiz və təhlükəsiz tranziti təmin edir. Onu da qeyd etmək lazımdır ki, tranzit zamanı pandemiya şəraitində nəzərdə tutulan bütün tələblərə əməl olunur (testlər, nəqliyyat sürücülərinin üçün mütəmadi testlər, qızdırmanın yoxlanması, gigiyena qaydaları və s). Azərbaycan dövləti koronavirusla mübarizə işində qonşu dövlətlərə dəstək olmaq üçün əlindən gələni edir. 

Düşünürəm ki, bu tədbirlər və əməkdaşlıq pandemiyadan sonrakı dövrdə də əməkdaşlığın davamı üçün zəmin yaradacaq. Bu sınaq Türk dünyasını daha da sıx birləşdirəcək”.