Azərbaycan Davosda uğurla təmsil olunur

“Parçalanmış dünyada birgə gələcəyin yaradılması” adı alında keçirilən Davos İqtisadi Forumunda Azərbaycan uğurla təmsil olunur.

XALQ.AZ- açıqlama verən BMAM-nın sədri Rufiz Qonaqov bildirib ki, cənab Prezident İlham Əliyevin bir sıra iri şirkət rəhbərləri və o cümlədən Davos İqtisadi Forumunun prezidenti ilə məhsuldar görüşü baş tutmuşdur. Nüfuzlu İqtisadi Forumunun potensial inkişaf və rəqabət qabiliyyətlilik indeksi üzrə qiymətləndirmələrinə görə Azərbaycanın son illərdə mövqeyi xeyli dərəcədə yaxşılaşmışdır. Bütün sahələrdə olduğu kimi İqtisadiyyat sahəsində əldə olunan uğurlu nəticələr neft amilinə deyil, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlara əsaslanır.