Azərbaycan diasporu tarixində bir ilk – Təsis qurultayı olacaq

“Ukraynada Azərbaycan diasporunun birləşməsi rəsmən təsdiqləndi”

XALQ.AZ xəbər verir ki, bu barədə məlumatı Diasporlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitənin məlumatında bildirilir ki, bir çox təşkilatların təmsil olunduğu Ukrayna Azərbaycanlıları Radası (RAU) bu ölkənin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib:

“Bir neçə gün sonra Kiyevdə RAU-nun təsis qurultayı olacaq. Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcək”.

Qeyd edək ki, bir müddət öncəyə qədər Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında fikir ayrılığı yaşanırdı. Lakin komitə sədri Fuad Muradov problemin aradan qaldırması üçün addımlar ataraq, diaspor təşkilatlarının vahid şəkildə birləşməsinə nail oldu.

 

Orxan