“Azərbaycan dilli Vikipediyanın İnkişafı Proqramı” adlı layihə baş tutub

14-16 oktyabr 2017-ci il tarixlərində, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan dilli Vikipediyanın İnkişafı Proqramı” adlı layihə baş tutub. Təlim proqramının əsas məqsədi gənclərə Vikipediydan istifadəni öyrətmək, gənclərdə rəqəmsal maarifçilik sahəsinə maraq yaratmaqdır.

Üç hissədən ibarət olan təlimin birinci günü spiker Musa Qocazadə tərəfindən 70 nəfər təlim iştirakçısına vikipediya, onun yaranma tarixi barədə ümumi məlumat verib. Eyni zamanda iştirakçılara vikipediyada məqalə yaratmaq, redaktələr etmək qaydları tədris olunub. Təlimin ilk günündə təlimçi tərəfindən iştirakçılara tapşırıqlar verildi. Təlimin ikinci və üçüncü günü iştirakçıların ev tapşırıqlarının təqdimatı keçirildi, tapşırıqlarda yol verilən səhvlər aradan qaldırıldı və məqalələrin təkminləşdirilməsi üçün təlimçi tərəfindən təkliflər irəli sürüldü.

 

Layihə rəhbəri Fazil Mirzəyev qeyd edib ki, Vikipediya mövzusuna müraciyyət etməyimizin səbəbi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının məqsədlərinə uyğun olaraq gənclərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsinin təşviq edilməsi, gənclərin bilik və bacarıqlarının atırılmasına xidmət edir.