Azərbaycan Dinşünasları İlham Əliyevi seçdi

89

Dünən Azərbaycan Dinşünaslar Birliyinin İdarə Heyəti növbəti toplantısını keçirmişdir.Toplantıda bir məsələ müzakirə olunmuşdur.

–          9 oktyabr 2013-cü il Prezident Seçkilərinə münasibət.

 

88

Məsələ ilə bağlı təklif ADB sədri Aqil Ələsgər tərəfindən irəli sürülmüş və müzakirə aparılmışdır.

ADB-nin ictimai birlik olaraq, siyasətə müdaxilə etmədiyi, ancaq hər bir ADB üzvünün vətəndaş mövqeyini bəyan etməsində də problem olmadığı vurğulanmışdır. Aqil Ələsgər Prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəklənilməsinin bütün birlik üzvlərinin arzu və istəyi olduğunu da diqqətə çatdırmışdır. A.Ələsgər qeyd etmişdir ki, məhz İlham Əliyevin yüksək qayğısı nəticəsində bu gün Azərbaycan dini ibadət ocaqlarında böyük quruculuq işləri aparılır, milli-mənəvi dəyərlərin qorunmasına ciddi dəstək verilir.

Daha sonra çıxış edən natiqlər də hazırki Prezidentin dəstəklənməsini məqsədəuyğun hesab ediblər.

Sonda ADB İH cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sədaqətinə, Azərbaycanın yüksək iqtisadi inkişafına, yoxsulluğun azaldılmasına nail olduğuna, korrupsiyaya qarşı sərt mübarizə üslubuna və ən başlıcası milli mənəvi dəyərlərə sadiq olmasına söykənərək, təşkilat üzvlərini və Azərbaycan dindarlarını 9 oktyabr 2013-cü il Prezident seçkilərində İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıb. ADB İH hesab edir ki, Azərbaycan xalqının ayrılmaz parçası olan inanclı insanlar seçki prossesindən kənarda qalmamalı və hər kəs 9 oktyabrda seçki məntəqələrinə gedərək, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, 2003-cü ildən bu günə kimi cənab İlham Əliyevin yüksək səviyyədə inkişaf etdirdiyi parlaq gələcəyə səs verməlidirlər.Qeyd edək ki, Azərbaycan Dinşünaslar Birliyi (əvvəlki adı Teoloji Maarifləndirmə Mərkəzi) 2001-ci ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinin tələbələri tərəfindən yaradılmışdır. 2003-cü ilin fevral ayından etibarən ADB olaraq fəaliyyət göstərən birlik 2003 və 2008-ci il Prezident Seçkilərində də İlham Əliyevin Prezidentliyə namizədliyini dəstəkləmişdir.