Azərbaycan futbol hakimləri növbəti beynəlxalq təyinat alıblar

Azərbaycan futbol hakimləri növbəti beynəlxalq təyinat alıblar.

XALQ.AZ xəbər verir ki, ədalət təmsilçiləri 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyunlarını idarə edəcəklər.

Bunlar FİFA referisi Rəhim Həsənov və FİFA referi köməkçisi Cəmil Quliyevdir. Onlar sentyabrın 27-dən oktyabrın 3-dək İsveçdə keçiriləcək 4-cü qrupun oyunlarında iştirak edəcəklər. Bu qrupda İsveç, Danimarka, Litva və Farer adaları yığmaları mübarizə aparacaq.