Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında əməkdaşlıq müzakirə edilib

45

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kiyevdə ATƏT-in Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç ilə görüşüb.

Görüşdə Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında əməkdaşlığın və parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub.

Görüşdə 2014-cü ilin iyun ayında ATƏT Parlament Assambleyasının illik sessiyasının Bakıda keçirilməsi və bundan irəli gələn məsələlər müzakirə edilib.