Azərbaycan İtaliyanın bu çətin dövrdə ATƏT-ə sədrliyi üzərinə götürməsini yüksək qiymətləndirir

“Azərbaycan İtaliyanın bu çətin dövrdə ATƏT-ə sədrlik etmək məsuliyyətini üzərinə götürmək iradəsini yüksək qiymətləndirir”.

XALQ.AZ-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏTyanında daimi nümayəndəliyinin ATƏT– səfri Ancelino Alfanonun ötən gün Daimi Şurada çıxışına cavab müraciətində deyilir.

Qeyd olunur ki, Azərbaycan İtaliya sədrliyinin açıq, şəffaf və inklüziv yanaşmasını tam dəstəkləyir: “İtaliya sədrliyi Avropada təhlükəsizliyin pozulması fonunda üzərinə götürüb. Hazırda dünyada mövcud olan münaqişələr milyonlarla insanın əsas hüquqlarını və fundamental azadlıqlarının əlindən alır. Onların probleminin həlli yalnız ərazi bütövlüyü, suverenlik və münaqişədən əziyyət çəkən ölkələrin sərhədlərinin toxunulmazlığına hörmət əsasında ədalət və qanunun aliliyinin bərpasına uyğun olaraq mümkündür. Bəzi ölkələr tərəfindən nümayiş etdirilən ikili standartlar münaqişələrin sülh yolu ilə həllinə xələl gətirir. Biz İtaliya sədrliyinin hərbi-siyasi sahədə dialoqun artırılması səylərini dəstəkləyirik. Bu məqsədlə Hamburq Bəyannaməsində müəyyənləşdirildiyi kimi, Strukturlu Dialoq əhatə dairəsinin əvvəlcədən məhdudlaşdırılmasından çəkinmək şərti ilə, öz mandatına uyğun olaraq davam etdirilməlidir. Bu kontekstdə biz İtaliya sədrliyini Strukturlu Dialoqun 2018-ci il üçün işlənməsi zamanı mövcud münaqişələrin yaratdığı risk və çağırışların diqqətə alınmasını təmin etməyə çağırırıq”.

Rəsul