Azərbaycan neftinin qiyməti dəyişdi

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 69,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,17 dollar/barel çoxdur.

Bu barədə XALQ.AZ-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel çoxdur.

XALQ.AZ