Azərbaycan nümayəndə heyəti İsveçrədə

3

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Müfəttişliyi Assosiasiyasının (BƏMA) 14-cü Konqresi və Baş Assambleyası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazriliyindən verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.Konqres “Peşəkarlıq, partnyorluq və məhsuldarlıq: bütün dünyada səmərəli əmək müfəttişliyinin təmin olunması” mövzusuna həsr olunub. BƏMA-nın 2014-2017-ci illər üzrə Fəaliyyət Planı tədbirin əsas müzakirə mövzularından biri olub.

Tədbirdə Kevin Myers Assosiasiyanın yeni prezidenti seçilib. Həmçinin Azərbaycanın 2008-ci ildən üzv olduğu, özündə 12 ölkəni birləşdirən regional “Cənub-Şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişlərinin Alyansı”nın tərkibi də yenidən seçilib.

Azərbaycan nümayəndə heyətinin “Cənub-Şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişləri Alyansı” tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Azərbaycanda təşkil edilməsi barədə təklifi müsbət dəyərləndirilib.