“Azərbaycan öz ərazisində antiterror əməliyyatları aparır” – Deputat

“Azərbaycan xalqının iradəsini əks etdirən qurum olaraq Milli Məclis Fransaya kəskin etirazını bildirməlidir”.

XALQ.AZ xəbər verir  ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

O bildirib ki, Fransa öz ərazisində terrorçulara qarşı mübarizə aparanda Azərbaycan onlara nəyi edib, nəyi etməyəcəyini diqtə etmir:

“Azərbaycan öz ərazisində antiterror əməliyyatları aparır. Ərdoğanın dediyi, kimi Makronun tarix bilgiləri çox zəifdir. Makronun Dağlıq Qarabağla bağlı açıqlamaları bunu bir daha göstərir”.