Azərbaycan prezidenti çıxış edəcək – Davos forumunda

Azərbaycan prezidenti İlham Əliyev Davos İqtisadi forumuna qatılacaq.

XALQ.AZ-in  forumun saytına istinadən verdiyi məlumata görə, ölkə başçısı “Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxış edəcək.

Müzakirələrin yanvarın 23-ü yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, Davos forumu yanvarın 23-26-da keçiriləcək.