İlham Əliyevin məntiq və arqumentləri qarşısında aciz qalan Paşinyan

İlham Əliyev erməni lobbisinin onilliklər boyu meydan suladığı, erməni rəhbərlərinin yalanlarını mütləq həqiqət kimi qəbul edən, məmləkətimiz barədə bədnam niyyətlərin gerçəkləşdiyi digər məkanlarda olduğu kimi, Münxen Konfransında da ardıcıl diplomatik qələbəsini əldə etdi.

Bu sözləri XALQ.AZ-a tanınmış hüquqşunas Elnur Abbaszadə bildirb

İlham Əliyev Paşinyanın siyasətdə təsadüfi və uğursuz adam olduğunu, dövlət başçısı kimi yetkinləşmədiyini dörd ay öncə Aşqabadda MDB liderlərinin qarşısında sübut etmişdi, açıq deyək, onu rəzil duruma salmışdı. İlham Əliyevin Paşinyana ironiyasına bütün prezidentlər gülmüşdü, yalanlarının ifşasını isə məmnunluqla izləmişdilər…

Şübhəsiz, Paşinyan İlham Əliyevlə növbəti müzakirəyə sanki bir döyüş kimi hazırlaşmışdı. Amma artıq 26 ildir ki, İlham Əliyevlə döyüşün hansında qaliblə məğlubların yeri dəyişib?!.

Ermənistan rəhbəri Münxen Təhlükəsizlik Konfransına qarşı da riyakarlıq etməkdən, yalan danışmaqdan çəkinməyərək dedi ki, mən münaqişənin həllinin Azərbaycan xalqı üçün də səmərəli olmasını arzulayıram, amma Azərbaycan Prezidenti Dağlıq Qarabağın erməni əhalisi ilə danışmaq istəmir. Fikrimizcə, Paşinyan Azərbaycan Prezidentindən eşidəcəyi cavabı az da olsa, təxmin etsəydi, məsələni bu istiqamətə yönəltməzdi. Prezident İlham Əliyev təxminən otuz il eşitdiyimiz həmin riyakarlığa çox konkret cavab verdi: “ Biz təcavüzkarla danışıqlar aparırıq. Biz Dağlıq Qarabağla danışmağa o vaxt hazır olarıq ki, Ermənistan həmin qeyri-qanuni rejimi maliyyələşdirməsini dayandırsın, bütün hərbi qoşunları Dağlıq Qarabağdan çıxarsın və bizim əraziləri tamamilə tərk etsin. Sonra isə bizim həmin insanlarla danışıq aparmağa arqumentimiz olacaq. Lakin nə qədər ki, onlar oradadır, bu, baş verməyəcək”