Azərbaycan Türkiyədən 212 vətəndaşını təxliyə etdi

Mayın 7-də Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata keçirilib. Həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilib.

Bu barədə XALQ.AZ-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvadan Bakıya daha bir çarter reysi həyata keçirilib. Həmin reysdə 169 nəfər həmvətənimiz olub.

Ölkəyə gələn sərnişinlərin hamısı mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, AZAL aviaşirkəti həmvətənlərimizin vətənə geri qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edildiyi plana uyğun olaraq həyata keçirir.

XALQ.AZ