Azərbaycan üçün elektrovozlar istehsal ediləcək

Elektro

“Alstom Transport” şirkəti 2016-2018-ci illərdə “Azərbaycan Dəmir Yolları” üçün elektrovozlar istehsal edəcək.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov AzərTAc-a müsahibəsində məlumat verib. QSC-nin sədri demişdir ki, 2014-cü ilin mayında Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumu çərçivəsində imzalanan 11 sənəddən biri də yük lokomotivlərinin alınmasına dair müqavilədir. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və “Alstom Transport” şirkətinin prezidenti Ann Pupo Lafarq tərəfindən imzalanmış bu müqaviləyə əsasən, alınacaq elektrovozlar 2016-2018-ci illərdə EKZ birgə müəssisəsində istehsal olunacaqdır. Bu  sənəd , habelə  servis  deposunun  yaradılmasını,  texniki  dəstəyin  və   xidmətin  təmin  olunmasını da  nəzərdə tutur.

Qeyd edək ki, Fransanın iri maşınqayırma şirkəti olan “Alstom” dəmir yolu nəqliyyatının istehsalı sahəsində dünya liderlərindən biridir. Şirkət “Azərbaycanın Dəmir Yolları”nı 50 ədəd KZ8A yük elektrovozu ilə təmin edəcək.