Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başladı

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında görüş başlayıb. 

XALQ.AZ  xəbər verir ki, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə Parisdə keçirilir.

Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunur.
Orxan