Azərbaycan və İtaliya XİN-ləri arasında Memorandum təsdiqləndi

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında diplomatik nümayəndəlik, konsulluq və daimi nümayəndəlik əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarıb.

XALQ.AZ-ın məlumatına görə, qanun layihəsi barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.