Azərbaycan və Türkiyə diasporlarının sədrləri videokonfrans keçirdi

Azərbaycan Diasporlarla İş Komitəsinin sədri Fuad Muradov Xaricdəki Türklər və Qarışıq İcmaların (YTB) başçısı Abdullah Erenlə görüş keçirib.

XALQ.AZ xəbər verir ki, videokonfrans şəklində təşkil olunmuş görüşdə Abdullah Eren “Bir millətin iki diasporu ola bilməz. Dünyanın harasında olursa olsun, türk milləti hər zaman birdir və onun ruhu dost və qardaş Azərbaycanın yanındadır” deyib.

Görüşdə iki ölkənin diasporları arasında əməkdaşlıq məsələləri və Ermənistanın Azərbaycan ərazilərinə hücumları ilə bağlı müzakirələr aparılıb.

Abdullah Eren Ermənistanın Azərbaycana hücumlarını sərt şəkildə qınadıqlarını bildirib.