Azərbaycan xalqı sevilən sənətkarını itirdi

Tanınmış aşıq Vüqar Mahmudoğlu dünyasını dəyişib.

Картинки по запросу Vüqar Mahmudoğlu

Bu barədə XALQ.AZ- a ailə üzvləri məlumat verib. İnfarkt keçirən V.Mahmudoğlu iki gündür reanimasiyada idi.

Qeyd edək ki, Aşıq Vüqar Mahmudoğlu 1970-ci il noyabr ayının 3-də Şamaxıda doğulub. O, Şirvan aşıq məktəbinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır.