Azərbaycan XİN Avstraliyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstraliyada baş verən meşə yanğınları nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.

XALQ.AZ xəbər verir ki, bu barədə XİN-in rəsmi Tvitter səhifəsində qeyd olunub.

“Avstraliyada yanğınlarda ölən şəxslərin ailələrinə başsağlığı veririk. Avstraliya xalqına, cəsur yanğınsöndürənlərə və ölkə tarixində ən güclü yanğınlara qarşı mübarizə aparan könüllülərə güclü dəstəyimizi ifadə edir və onlarla həmrəy olduğumuzu bildiririk”.

Xatırladaq ki, ölkədə yanğınlar başlayandan bəri 7 milyon hektara yaxın ərazi yanıb, azı 24 nəfər və yüz milyonlarla heyvan ölüb.

XALQ.AZ